Son günlərdə İspaniya milli futbol komandasının 2026 Dünya Çempionatından çəkilə biləcəyi ilə bağlı məlumat yayılıb.

Postxronika.az xəbər verir ki, bu iddiaların ABŞ ilə diplomatik gərginlik fonunda ortaya çıxdığı bildirilir. Məlumata görə, gərginlik ABŞ prezidenti Donald Trampın İspaniyanı açıq şəkildə tənqid etməsindən sonra artıb.

Səbəb isə Madrid hökumətinin İranla bağlı hərbi əməliyyatlar üçün ABŞ hərbi təyyarələrinin İspaniyadakı bazalardan istifadə etməsinə icazə verməməsi olub.

Məlumatlara görə, İspaniya Kral Futbol Federasiyası yaranmış vəziyyəti qiymətləndirir və müxtəlif variantları nəzərdən keçirir. Lakin 2026-cı il FIFA Dünya Çempionatından çəkilməklə bağlı rəsmi qərar hələ açıqlanmayıb.