Sergen Yalçın "Beşiktaş" - "Qalatasaray" derbi matçı öncəsi fikirlərini bölüşərək, diqqətçəkən açıqlamalar verib.
Postxronika.az xəbər verir ki, Ziraat Türkiyə Kubokunun əsas məqsədlərinin olduğunu bildirən Yalçın "Qruplar başlayanda hədəfimiz qrup birincisi olmaq idi. Bu gün ilk hədəfimizə çatdıq. Türkiyə Kuboku əsas hədəfimizdir. Bizim üçün dəyərlidir, Avropaya getməyin ən asan yoludur. Diqqətimizi buna yönəldirik. Bura qədər irəliləmişik. Bundan sonrakı prosesdə hamımız kubokun qalibi olmaq istəyirik və buna ümid edirəm", – deyə qeyd edib.