"Reuters" beynəlxalq xəbər agentliyi Naxçıvanda qeydə alınan son insidentlə bağlı narahatlıq doğuran məlumat yayımlayıb. Nüfuzlu nəşrin təhlilinə əsasən, bu hadisə mövcud regional gərginliyi Fars körfəzi və Yaxın Şərq sərhədlərindən kənara daşıyır.

Postxronika.az xəbər verir ki, sözügedən hadisə bütövlükdə Qafqazın sabitliyi üçün birbaşa təhdid formalaşdırır. Yaranmış mürəkkəb vəziyyət hərbi əməliyyatların tamamilə fərqli coğrafiyalara yayıla biləcəyi ilə bağlı beynəlxalq qorxuları daha da gücləndirir.