Fransanın Azərbaycandakı səfiri Ann Buayon İran tərəfindən Naxçıvan istiqamətində həyata keçirilən dron hücumuna münasibət bildirib.
Postxronika.az "Report”a istinadən xəbər verir ki, diplomat bu hadisəni Azərbaycanın ərazi bütövlüyünə qarşı atılmış qəbuledilməz addım kimi qiymətləndirib.
Səfir qeyd edib ki, suveren dövlətin sərhədlərinin toxunulmazlığına və ərazi bütövlüyünə qarşı edilən bu növ hərəkətlər beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. O, regionda sabitliyin qorunmasının vacibliyini vurğulayaraq, Azərbaycanın suverenliyini dəstəklədiklərini ifadə edib.