İran İslam Respublikasının Xarici İşlər Naziri Seyid Abbas Əraqçi Naxçıvan Muxtar Respublikasına edilən dron hücumları ilə bağlı Xarici İşlər Naziri Ceyhun Bayramov ilə telefon görüşməsi edib.
Postxronika.az xəbər verir ki, Əraqçi sözügedən hücumların İran tərəfindən edildiyini təkzib edib və mövzunun araşdırılması üçün lazımlı tədbirlərin görüləcəyini qeyd edib. Ceyhun Bayramov isə Azərbaycan torpaqlarına edilən bu hücumları qətiyyətlə pisləyərək beynəlxalq normaların pozulduğunu dilə gətirib və İranın tez bir zamanda üzr istəməsini və bir daha belə halların yaşanmayacağına dair təminat verməsini istəyib.