Türk Dövlətləri Təşkilatı (TDT) İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı mülki obyektləri hədəf alan pilotsuz uçuş aparatları (PUA) ilə hücumunu şiddətlə qınayan rəsmi bəyanatla çıxış edib.

Postxronika.az xəbər verir ki, təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyevin imzası ilə yayılan sənəddə dinc infrastruktura yönəlmiş bu cür addımların qəbuledilməz olduğu xüsusi vurğulanıb.

Baş katib gələcəkdə bənzər hücumların təkrarlanmaması üçün zəruri addımların atılmasının önəmini qeyd edərək, regionda mövcud vəziyyətin daha da kritikləşməməsi və gərginliyin eskalasiya riskinin qarşısını almaq üçün təmkinli davranmağa çağırış edib. Bununla yanaşı, K.Ömüralıyev TDT Katibliyinin Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqı ilə birmənalı şəkildə tam həmrəy olduğunu bir daha təsdiqləyib.