İsrail Hərbi Hava Qüvvələri İranın qərb və mərkəzi bölgələrində genişmiqyaslı hava hücumları həyata keçirib.
Postxronika.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin yaydığı məlumata əsasən, gün ərzində reallaşdırılan növbəti böyük zərbə dalğası nəticəsində İran ərazisində təxminən 200 hədəf vurulub. Məhv edilən obyektlər arasında onlarla ballistik raket buraxıcısının da olduğu bildirilir.
Rəsmi açıqlamaya görə, hərbi əməliyyatın əsas məqsədi İran ərazisindən İsrail istiqamətində edilən raket hücumlarının qarşısını almaqdır. Məlumatda vurğulanıb ki, əməliyyat başlayandan bəri İranın müxtəlif bölgələrində yüzlərlə raket buraxılış məntəqəsi hədəfə alınıb.