Kiprdə yerləşən Böyük Britaniyaya məxsus "RAF Akrotiri" aviabazasına dron hücumu həyata keçirilib və nəticədə hərbi anqarda dəlik yaranıb.
Postxronika.az xəbər verir ki, hücumda İran istehsalı olan “Shahed-136” tipli pilotsuz uçuş aparatından (PUA) istifadə olunduğu bildirilir. Zərbə nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinin "Lockheed U-2" kəşfiyyat təyyarələrinin saxlanıldığı anqarın dam örtüyü deşilib.
Hadisə yerindən yayılan kadrlarda anqarın damında böyük ölçülü dəlik müşahidə edilir. Zərbə nöqtəsinin ətrafında yanğın və ya güclü partlayış izlərinin olmaması PUA-nın ya partlamadığını, ya da damı deşərək binanın daxilində infilaq etdiyini ehtimal etməyə əsas verir. Hücum anında anqarın içərisində kəşfiyyat təyyarəsinin olub-olmadığı hələlik dəqiqləşməyib.