ABŞ Prezidenti Donald Tramp rəsmi Vaşinqtonun İranda mövcud rəhbərliyin tamamilə devrilməsini hədəflədiyini açıqlayıb. O bildirib ki, Birləşmiş Ştatların artıq bu ölkəyə rəhbərlik edə biləcək bir neçə uyğun namizədi mövcuddur.

Postxronika.az "NBC News" telekanalına istinadən xəbər verir ki, Ağ Ev rəhbəri müsahibəsində mövcud sistemi aradan qaldıraraq yeni dövlət quruculuğuna onilliklər sərf etmədən güclü bir liderə ehtiyac duyduqlarını vurğulayıb. Trampın sözlərinə görə, davam edən hərbi əməliyyatlar fonunda həmin potensial rəhbərlərin sağ qalmasını təmin etmək üçün xüsusi təhlükəsizlik tədbirləri görülür. Bununla yanaşı, siyasətçi hazırda İrana qarşı hər hansı quru əməliyyatının planlaşdırılmadığını da xüsusi olaraq diqqətə çatdırıb.