ABŞ Prezidenti Donald Tramp növbəti çıxışında İranın silahlı qüvvələrinə, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən iranlı diplomatlara müraciət edərək onları Birləşmiş Ştatlardan sığınacaq istəməyə çağırıb. O, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), ordu və polis nümayəndələrindən dərhal silahları yerə qoymağı tələb edib.

Postxronika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu addımı atanlara tam toxunulmazlıq və təhlükəsizlik vəd edib, müqavimət göstərənlərin isə mütləq şəkildə məhv ediləcəyini vurğulayıb. Eyni zamanda, amerikalı siyasətçi İran xalqına səslənərək, onları illər sonra öz dövlətlərini geri qaytarmaq üçün ayağa qalxmağa və tarixin ədalətli tərəfində yer almağa dəvət edib.