İran tərəfindən atılan raketlərin sayının kəskin azalması rəsmi Tehranın ballistik hücum potensialını itirməkdə olduğunu göstərir.
Postxronika.az "The Telegraph" qəzetinə istinadən xəbər verir ki, yaranmış vəziyyət İsrail və ABŞ zərbələri nəticəsində yerüstü buraxıcı qurğuların məhv edilməsi, həmçinin silah anbarlarının boşalması ilə əlaqələndirilir. Mütəxəssislərin təhlillərinə görə, İslam Respublikası hədəf aldığı ölkələrə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və Küveytə yönəltdiyi mərmilərin intensivliyini son günlər əhəmiyyətli dərəcədə azaldıb. Gündəlik statistikaya əsasən, müharibənin ilk iki günündə BƏƏ-yə orta hesabla 58 ballistik raket buraxıldığı halda, dördüncü sutkada bu göstərici cəmi 10-a enib. Müdafiə analitiki Kolbi Bedvar mövcud mənzərəni İranın hərbi arsenalının zəifləməsinin ilkin əlaməti kimi xarakterizə edib.