İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kirali ilə görüşüb. Görüş zamanı tərəfdaşlığın prioritet istiqamətlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Postxronika.az xəbər verir ki, tədbirdə Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından olan Avropa İttifaqı (Aİ) ilə ölkəmiz arasında enerji, investisiyalar və digər sahələr üzrə birgə fəaliyyətin regional inkişafa xidmət etdiyi xüsusi vurğulanıb. Eyni zamanda, ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib.

Tərəflər həmçinin Aİ-nin Azərbaycan üçün nəzərdə tutulan 2024-cü il üzrə Maliyyələşdirmə Sazişi, mövcud birgə layihələrin icra vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.