Aktrisa Kalli Kuk Kianu Riivs ilə birlikdə çəkiləcək yeni elmi-fantastik aksiyon filmində qadın baş rolunu canlandıracaq. ''Warner Bros.'' şirkətinin hazırladığı və hələ adı açıqlanmayan layihəyə Tim Miller rejissorluq edir. Filmin çəkilişlərinə artıq başlanılıb və layihədə həmçinin Nikolas Duvernay, Stiven Uaddinqton və Abraham Popoola kimi aktyorlar da rol alırlar.
Postxronika.az xəbər verir ki, ssenarini İan Şorr qələmə alıb. Süjet Karib dənizində baş verən təhlükəli hadisələrdən sonra zaman dövrünə düşən qaçaqmalçının hekayəsindən bəhs edir. Kianu Riivsin canlandırdığı obraz xəyanət nəticəsində eyni günü təkrar yaşamağa məcbur qalır və bu müddətdə həm silahlı muzdlular, həm də köpəkbalıqları ilə üz-üzə qalır. Film mövzu baxımından ''Edge of Tomorrow'' və ''The Shallows'' kimi layihələrlə müqayisə olunur.
Layihənin çəkilişləri əvvəlcə Dominikan Respublikasında iri su hovuzlarında aparılacaq, daha sonra isə Böyük Britaniyada davam etdiriləcək. Filmin prodüserləri arasında Matthew Vaughn və Aaron Ryder də yer alır. 'Kalli Kuk ekran əsərində alim obrazını canlandıracaq. Aktrisa daha əvvəl ''F1'' filmində və ''Doctor Who'' serialında çəkilməsi ilə tanınır. Yeni filmin kinoteatrlarda nümayiş tarixi 13 avqust 2027-ci il olaraq planlaşdırılıb.