"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Novruz bayramı ilə əlaqədar sərnişinlərin bölgələr arası hərəkətini asanlaşdırmaq məqsədilə xüsusi reyslər təyin edib.

Postxronika.az xəbər verir ki, bayram günlərində — 20 və 21 mart tarixlərində Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə qatarlar fəaliyyət göstərəcək.

​Məlumata görə, qatar  saat 07:15-də Gəncədən, 08:40-da isə Mingəçevirdən yola düşəcək. 

Sərnişinlərə biletləri öncədən ADY-nin rəsmi saytı və ya mobil tətbiqi vasitəsilə əldə etmək tövsiyə olunur.