ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri bölgədə və ölkə daxilində insan itkisi çoxalmaqdadır. Martın 4-nə olan ümumi məlumatlara əsasən, mövcud toqquşmalarda ən azı min nəfərin həyatını itirdiyi ehtimal olunur.

Postxronika.az xəbər verir ki, yerli qurumların təqdim etdiyi itki göstəricilərində müəyyən fərqlər var. Belə ki, İran Qızıl Aypara Cəmiyyətinin hesabatına görə, intensiv zərbələr nəticəsində mülki əhali arasında həlak olanların sayı 1332 nəfərə çatıb. Bununla yanaşı, Şəhidlər və Veteranlar Fondu ötən gün ümumi qurbanların sayının 1230 nəfər olduğunu bəyan edib.