Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. Tərəflər söhbət əsnasında Yaxın Şərqdə cərəyan edən son hadisələri diqqət mərkəzində saxlayıblar.
Postxronika.az xəbər verir ki, diplomatlar bölgədə vəziyyətin davamlı şəkildə kəskinləşməsindən ciddi narahat olduqlarını dilə gətiriblər. Həm Ankara, həm də İrəvan rəsmiləri regionda sülhün və təhlükəsizliyin ən qısa zamanda bərpa edilməsinin mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıblar.