İranın Xorrəmabad şəhərində təşkil olunan kütləvi ibadət zamanı qeyri-adi mənzərə qeydə alınıb. Belə ki, yerli din xadimi ənənəvi qaydalardan kənara çıxaraq minbərə tamamilə fərqli bir görkəmdə qalxıb.

Postxronika.az xəbər verir ki, şəhərin imamı növbəti cümə xütbəsini dindarlara hərbi geyimdə və əlində silah tutaraq irad edib. Yaxın Şərqdə kəskinləşən toqquşmalar fonunda atılan bu addım həm ölkə daxilində, həm də sosial mediada geniş müzakirələrə yol açıb.