Rusiya və Ukrayna arasında həyata keçirilən yeni mübadilə prosesi nəticəsində təxminən min nəfər saxlanılan şəxs öz evinə qayıdıb. ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkov bu mühüm hadisəni münaqişə tərəfləri arasında ciddi irəliləyiş kimi dəyərləndirib.

Postxronika.az xəbər verir ki, humanitar xarakterli bu razılaşma Cenevrə şəhərində rəsmi Vaşinqtonun da iştirak etdiyi üçtərəfli danışıqlar masasında əldə olunub. Amerika Birləşmiş Ştatları yaxın həftələrdə bu istiqamətdə daha böyük diplomatik uğurların qazanılacağını və prosesin davamlı olacağını gözləyir