İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) keçmiş kəşfiyyat rəhbəri Hüseyn Taibin iqamətgahına hücum təşkil olunub. Hazırda tanınmış hərbi xadimin sağ və ya ölü olması barədə heç bir dəqiq məlumat yoxdur.
Postxronika.az xəbər verir ki, uzun illər təşkilatın xüsusi xidmət orqanına rəhbərlik etmiş Taib həm də qurumun təcrübəli veteranlarından sayılır. O, İslam Respublikasının daxili təhlükəsizlik sisteminin əsas yaradıcılarından biri hesab edilir. Eyni zamanda, sabiq rəis ölkənin güc strukturları daxilində olduqca böyük siyasi nüfuza malik şəxs kimi tanınır.