AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəli hazırlanıb.
Postxronika.az “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəli hazırlanıb Bildirilib ki, bütün saatlar yerli vaxtla qeyd edilib.
Xatırladaq ki, uçuşa gedərkən sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmaq, üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürmək kimi vacib məqamları nəzərə almalıdırlar.
Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacağı bildirilib.
Qeyd edək ki, sərnişinlər Bakı-İğdır-Bakı marşrutu üzrə biletləri AZAL-ın veb-saytı və ya mobil tətbiqi vasitəsilə Naxçıvan istiqamətini seçərək, yaxud aviaşirkətin kassalarına müraciət edərək əldə edə bilərlər.