İsrail Müdafiə Qüvvələri İranın paytaxtı Tehran və ətrafındakı strateji hərbi obyektlərə növbəti hava hücumu təşkil edib. 

Postxronika.az "Report"a istinadən xəbər verir ki, hədəflər arasında raket istehsalı zavodları, hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatlarının (PUA) saxlanc məntəqələri yer alıb.

Hücum nəticəsində bir neçə hərbi infrastruktur obyektinin ciddi zərər gördüyü, Tehran səmasında güclü partlayış səslərinin eşidildiyi bildirilir. İsrail tərəfi bu əməliyyatın İranın son təxribatlarına və hərbi təhdidlərinə cavab xarakteri daşıdığını bəyan edib.