ABŞ "Epik qəzəb" (Epic Fury) hərbi əməliyyatı çərçivəsində İranın raket infrastrukturunu hədəf alan indiyə qədərki ən kütləvi hava hücumlarını reallaşdırıb.

Postxronika.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent məlumat verib.

Nazir qeyd edib ki, son zərbələr əməliyyat başlayandan bəri ən irimiqyaslısı hesab olunur. Əsas məqsəd İranın raket buraxılış qurğularına və istehsal müəssisələrinə sarsıdıcı zərər vuraraq onların hərbi potensialını əhəmiyyətli dərəcədə zəiflətməkdir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatın ilk həftəsində 3 000-dən çox hədəfin vurulduğunu və hücumların intensivliyinin azalmayacağını bəyan edib.