Sumqayıt şəhərində vətəndaşa məxsus avtomobildən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən şəxslər tutulub. 

Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Q.Rəcəbov və 22 yaşlı A.Quliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, zərərçəkən nəqliyyat vasitəsini təmir məqsədilə usta işləyən həmin şəxslərin yanına gətirib. Onlar isə maşının ehtiyat hissələrini talayaraq başqa avtomobillərin təmirində istifadə ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.