"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Kubokunun 1/8 final mərhələsində "Nyukasl"a 1:3 hesabı ilə məğlub olduqları matçda mövsümün 6-cı sarı vərəqəsini aldığı üçün iki oyunluq diskvalifikasiya edilib.
Postxronika.az xəbər verir ki, ispaniyalı mütəxəssis cəza səbəbindən komandasının növbəti iki daxili turnir matçında, o cümlədən martın 14-də Premyer Liqanın 30-cu turu çərçivəsində "Vest Hem"ə qarşı keçiriləcək görüşdə texniki zonada yer ala bilməyəcək. Lakin jurnalist Simon Bajkovskinin məlumatına görə, bu qərar martın 22-də "Arsenal"la baş tutacaq İngiltərə Liqa Kubokunun finalına şamil edilmir. Qvardiola həlledici titul matçında öz komandasını kənardan idarə edə biləcək.
Qeyd edək ki, "Mançester Siti" hazırda Premyer Liqada 29 oyundan sonra 60 xalla ikinci pillədə qərarlaşıb. "Şəhərlilər"in ehtiyatda bir oyunu var və onlar turnir cədvəlinin lideri olan "Arsenal"dan cəmi 7 xal geri qalırlar.