"Mançester Yunayted" klubu "Nottinqem Forest"in və Fil Dişi Sahili millisinin dayaq yarımmüdafiəçisi İbrahima Sanqareni heyətinə qatmaq istəyir. "Qırmızı şeytanlar"ın skautları 28 yaşlı futbolçunun rəqib hücumlarının qarşısını ustalıqla alması və təzyiq altında inamlı çıxışından böyük təəssüratla ayrılıblar.
Postxronika.az xəbər verir ki, afrikalı oyunçunu 2023-cü ildə 35 milyon avroya transfer edən "Nottingem" rəhbərliyi indi onun müqabilində 45-50 milyon avro təzminat tələb etməyə hazırlaşır. Bu mövsüm 32 matçda meydana çıxaraq aktivinə 2 qol və 3 məhsuldar ötürmə yazdıran yarımmüdafiəçinin klubu ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı tərəfindən 22 milyon avro dəyərində qiymətləndirilən Sanqare, həmçinin 2024-cü ildə yığması ilə birlikdə Afrika Millətlər Kubokunun qalibi olub.