Martın 7-də "İdman həftəsi" çərçivəsində şəhid və qazi övladları üçün qolf üzrə xüsusi turnir keçirilib. Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə "Dreamland" Qolf Klubunda baş tutan yarışda iştirakçılar öz bacarıqlarını böyük həvəs və idman coşqusu ilə nümayiş etdiriblər.
Postxronika.az xəbər verir ki, maraqlı mübarizənin yekunlarına əsasən, uzaq vuruş kateqoriyasında İbrahim Əhmədli ilk pillədə qərarlaşıb. Bu növdə Ömər İsmayılzadə ikinci, Aysel Ramazanlı isə üçüncü yeri tutub. Hədəfə ən yaxın zərbə üzrə isə Həmid Əhmədli birinciliyə, Ömər İsmayılzadə ikinciliyə, Ayaz Ramazanlı isə üçüncü yerə layiq görülüb.