Kolin Anderson filmi üzrə “ilin kamera operatoru” mükafatına layiq görülüb. O, bu mükafatı rejissor Pol Tomas Andersonun ərsəyə gətirdiyi ''One Battle After Another'' filmindəki işinə görə qazanıb. Mükafat ''Society of Camera Operators'' birliyinin onlayn yayımlanan mərasim zamanı elan edilib.
Postxronika.az xəbər verir ki, film son vaxtlar bir sıra texniki mükafatlar da qazanıb. Layihə daha əvvəl ''American Cinema Editors'', ''Art Directors Guild'' və ''British Society of Cinematographers'' kimi qurumlardan mükafat alıb. Operatorların işi rejissor və operator rejissoru ilə sıx əməkdaşlıq edərək çəkiliş avadanlığının düzgün yerləşdirilməsini və planların istənilən şəkildə lentə alınmasını təmin etməkdir.
Televiziya kateqoriyasında isə Mark Goellnixt “ilin kamera operatoru” seçilib. O, ''The Studio'' serialının “The Oner” adlı epizodundakı işinə görə mükafat qazanıb. Goellnixt daha əvvəl ''Mad Max: Fury Road'' və ''The Great Gatsby'' kimi tanınmış filmlərdə də çalışıb. Kolin Anderson isə karyerası boyunca ''Star Wars'' və ''Star Trek'' layihələrində, həmçinin ''There Will Be Blood'' və ''Phantom Thread'' filmlərində fəaliyyət göstərib.