İranın Ali Milli Təhlükəsizlik Şurasının rəsmisi Əli Laricani Donald Trampın bombardman xəbərdarlıqlarına baxmayaraq, Ekspertlər Məclisinin yeni dini rəhbər seçməsini yüksək qiymətləndirib. O bildirib ki, düşmənlər Əli Xameneinin vəfatından sonra ölkənin böhrana sürüklənəcəyini ümid etsələr də, Müctəba Xameneinin təyinatı bu gözləntiləri puça çıxarıb.
Postxronika.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) da varisin seçilməsini alqışlayaraq ona qeyd-şərtsiz itaət edəcəyini bildirib. Təşkilatın yaydığı rəsmi bəyanatda yeni rəhbər hərtərəfli hüquqşünas, gənc mütəfəkkir, eyni zamanda ictimai-siyasi məsələlərdə dərin bilik sahibi kimi xarakterizə olunur. Hərbi qurum öz üzvlərinin qəyyum fəqihin əmrlərini fədakarlıqla yerinə yetirməyə və dövlətə sədaqətlə xidmətə hazır olduqlarını vurğulayıb.