İranda Ekspertlər Assambleyası fevralın 28-də ABŞ-İsrail hava hücumu nəticəsində öldürülən Əli Xameneinin oğlu Müctəba Xameneinin “əzici səs çoxluğu” ilə liderlik vəzifəsinə seçildiyini açıqlayıb.

Postxronika.az saytı xəbər verir ki, Ali Rəhbərlik Assambleyası bəyan edib ki, ABŞ-İsrail hücumlarına baxmayaraq, liderin seçilməsi prosesi “diqqətli və intensiv müzakirələrdən” sonra bu gün keçirilən növbədənkənar sessiya ilə tamamlanıb.

İranda İnqilab Keşikçiləri Korpusu və İran Ordusu ölkənin yeni liderinə sadiq olduqlarını bəyan ediblər.

İran prezidenti Pezeşkian Müctəba Xameneini təbrik edib.