"Kruzeyro - Atletiko Mineyro" matçı döyüş meydanına çevrilib.
Postxronika.az xəbər verir ki, Braziliyadakı Campeonato Mineyro finalında "Kruzeyro" və "Atletiko Mineyro" arasındakı matç döyüş meydanına çevrilib və matçın sonunda başlayan münaqişə 23 oyunçunun meydandan qovulması ilə nəticələnib.
Qeyd edilib ki, matçın son anlarında hər iki komandanın oyunçularının münaqişəsi ehtiyat oyunçuların meydana daxil olması ilə daha da artıb.