“Vertigo Releasing” şirkəti rejissor İan Tuasonun paranormal qorxu filmi “Undertone” üçün Böyük Britaniya–İrlandiya və Avstraliya–Yeni Zelandiya üzrə yayım hüquqlarını əldə edib.
Postxronika.az xəbər verir ki, film Böyük Britaniya və İrlandiyada aprelin 10-da kinoteatrlarda nümayiş olunacaq. Ekran işi Avstraliya və Yeni Zelandiyada isə bir gün əvvəl, “Rialto Distribution” ilə tərəfdaşlıq çərçivəsində təqdim ediləcək.
“Undertone” paranormal hadisələrdən bəhs edən podkast aparan Evi adlı qadının hekayəsindən bəhs edir. O, dostu Castinlə birlikdə podkast hazırlayır və özü skeptik, dostu isə paranormal hadisələrə inanan tərəf kimi çıxış edir. Evi ağır xəstə olan anasına baxmaq üçün evinə qayıtdıqdan sonra qəribə hadisələrlə üzləşir. Onlar evlərində sirli səslər eşitdiklərini iddia edən evli cütlükdən audio yazılar alırlar və bu hadisələr Evini qorxu və paranoya içərisinə sürükləyir. Film ötən il Kanadada keçirilən ''Fantasia Film Festivalı''nda nümayiş olunub, daha sonra Sundance festivalının “Midnight” bölməsində təqdim edilib. Layihənin dünya üzrə satış hüquqları “A24” şirkətinə məxsusdur və film martın 13-də Şimali Amerikada nümayişə çıxacaq.