''Paramount Skydance'' şirkəti ''Warner Bros. Discovery'' studiyasını əldə etmək üçün razılığa gəlib. Müqaviləyə əsasən, tarixi studiya hər səhm üçün 31 dollar qiymətləndirilərək ümumilikdə 110 milyard dollar dəyərində satın alınacaq.
Postxronika.az xəbər verir ki, sövdələşmə hər iki şirkətin direktorlar şurası tərəfindən təsdiqlənib və tənzimləyici qurumların və səhmdarların razılığından sonra 2026-cı ilin üçüncü rübündə tamamlanması gözlənilir. Əgər razılaşma sentyabrın 30-dək yekunlaşmasa, səhmdarlara hər rüb üçün əlavə 0,25 dollar ödəniş ediləcək.
Yeni yaradılacaq birləşmiş studiya ildə 30 kinoteatr buraxılışı planlaşdırır. Hər studiya üçün 15 film nəzərdə tutulub. Bu filmlər kinoteatrlarda ən azı 45 gün eksklüziv nümayiş olunacaq. Daha uğurlu layihələr üçün isə bu müddətin 60–90 günə qədər uzadılması nəzərdə tutulur. Sonrakı mərhələhə ekran işləri ödənişli onlayn platformalarda yayımlanacaq. Şirkət fəaliyyət göstərdiyi bazarlarda, o cümlədən Fransada mövcud kino yayım qaydalarına da əməl edəcəyini bildirib.