''American Society of Cinematographers'' mükafatlarında bədii film üzrə əsas mükafat Maykl Baumana təqdim olunub. O, bu mükafatı ''One Battle After Another'' filmindəki operator işinə görə qazanıb.
Postxronika.az xəbər verir ki, Bauman daha əvvəl də ''BAFTA'' mükafatını qazandığı üçün indi ''Academy Awards'' yarışında əsas favoritlərdən biri hesab olunur. Operatorluq kateqoriyasında namizədlər arasında həmçinin Adolfo Veloso (Train Dreams), Autumn Durald Arkapau (Sinners), Dan Laustsen (Frankenstein) və Darius Khondji (Marty Supreme) yer alıb.
Məlumata görə, ''ASC'' (Amerikan Kinematoqrafçılar Birliyi) və ''Oscar'' namizədlərinin siyahısı son illərdə tez-tez üst-üstə düşsə də, qaliblər hər zaman eyni olmur. Son on ildə bu iki qurum yalnız altı dəfə eyni operatoru qalib seçib. Qeyd olunur ki, qadın operator Autumn Durald Arkapau qalib gəlsə, bu, ''Oscar'' tarixində ilk dəfə belə hadisə olacaq. Bu səbəbdən qarşıdakı mükafat mərasimi operatorluq kateqoriyasında maraqlı rəqabət vəd edir.