Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının yeni Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə təbrik məktubu ünvanlayıb.
Postxronika.az xəbər verir ki, dövlət başçısı onu bu ali vəzifəyə seçilməsi münasibətilə təbrik edib.
Prezident məktubunda Müctəba Xameneinin atası Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı ilə əlaqədar bir daha başsağlığını ifadə edib. Müraciətdə Azərbaycan və İran arasındakı münasibətlərin tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlandığı vurğulanıb.
Dövlət başçısı dövlətlərarası əlaqələrin qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstəriləcəyinə ümidvar olduğunu bildirərək, dost və qardaş İran xalqına sülh və əmin-amanlıq diləyib.