Martın 8-də Nərimanov rayonu ərazisində altsheymer xəstəliyindən əziyyət çəkən 88 yaşlı Nizam Ədilov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.  

Postxronika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat vermələri xahiş olunur.