Livan Prezidenti Jozef Aun martın 2-dən bəri 400-dən çox insanın ölümünə səbəb olan hücumları dayandırmaq üçün İsraillə danışıqlara hazır olduğunu bildirib.
Postxronika.az xəbər verir ki, dövlət başçısı təhlükəli gərginliyi dayandırmaq üçün lazımi təhlükəsizlik tədbirlərini müzakirə etmək niyyətindədir.
Prezident eyni zamanda Livanı regional münaqişəyə sürükləməyə çalışanları qınayıb. O bildirib ki, bu cür cəhdlər müharibədən və onun nəticələrindən yorulan Livan vətəndaşlarının əksəriyyətinin iradəsinə ziddir.