İtaliya A Seriyası komandası "İnter" Hakan Çalhanoğluna "sağ budundakı əzələlərdə yüngül bir gərginlik" diaqnozu qoyulduğunu açıqladı. Postxronika.az xəbər verir ki, "İnter"in açıqlamasında deyilir:
"Hakan Çalhanoğlu bu səhər Rozzanodakı Humanitas Klinik İnstitutunda MRT müayinəsindən keçib. Testlər onun sağ budundakı əzələlərdə yüngül bir gərginlik olduğunu aşkar edib".
İtaliya mediasının məlumatına görə, 32 yaşlı oyunçu 14 mart şənbə günü "Atalanta" ilə Seriya A matçında oynaya bilməyəcək.