ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın yeni ali rəhbəri Müctəba Xamenei Tehranın nüvə proqramına son qoymaq barədə Vaşinqtonun tələblərinə əməl etməzsə, onun sui-qəsdini dəstəkləyəcək.
Postxronika.az-ın "The Wall Street Journal"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-nin hazırkı və keçmiş rəsmiləri məlumat verib. Ağ Ev rəhbəri yeni liderin təyin olunmasını "böyük səhv" adlandıraraq onun hakimiyyətinin uzunömürlü olmayacağını vurğulayıb.
Məlumatda qeyd olunur ki, Trampın bu mövqeyi Vaşinqtonun İrana qarşı tətbiq etdiyi maksimal təzyiq strategiyasının tərkib hissəsidir. Xatırladaq ki, Müctəba Xamenei atasının fevralın 28-də ABŞ və İsrailin birgə hücumları nəticəsində həlak olmasından sonra vəzifəyə gətirilib.