Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli martın 18-də Naftalan şəhəri və Goranboy rayonunun sakinlərini qəbul edəcək.
Postxronika.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Qeyd edilib ki, vətəndaşlar 10-12 mart tarixlərində Agentliyə rəsmi şəkildə info@aayda.gov.az elektron ünvanı və ya poçt vasitəsilə müraciət edərək, həmçinin çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.