Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qalan 200-ə yaxın Azərbaycan vətəndaşı uğurla təxliyə edilib.
Postxronika.az APA-ya istinadən xəbər verir ki, vətəndaşlarımızın ölkəyə qayıdışı üçün Omanın Muskat şəhərindən Bakıya xüsusi reys təşkil olunub. "Azərbaycan Hava Yolları" (AZAL) tərəfindən icra olunan "Boeing 787 Dreamliner" təyyarəsi sərnişinləri təhlükəsiz şəkildə Heydər Əliyev Beynəlxalq Aeroportuna çatdırıb.