Ağsu rayonunda insanların etibarından sui-istifadə edərək onlayn yolla dələduzluq törədən şəxs ifşa edilib. Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşları aldadaraq onların maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinən 31 yaşlı Xəyalə Kərimova tutulub.
Postxronika.az xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin məlumatına əsasən, X.Kərimova zərərçəkmişlərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib. O, vətəndaşlara əvvəlcədən ödəniş edəcəkləri halda onları sosial müavinət və güzəştli mənzillə təmin edəcəyinə dair yalan vədlər verib. Bu qanunsuz üsulla şübhəli şəxs vətəndaşların ümumilikdə 8 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirib.
Hazırda qeydə alınan faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.