Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə iranlı həmkarı Məsud Pezeşkian arasında baş tutan telefon danışığında regiondakı gərginlik müzakirə edildi.

Postxronika.az xəbər verir ki, Ərdoğan rəsmi Ankaranın qonşu dövlətlərə qarşı hücumları və İrana yönələn qanunsuz müdaxilələri qəbul etmədiyini qətiyyətlə diqqətə çatdırır.Türkiyə lideri istənilən səbəbdən ölkəsinin hava sərhədlərinin pozulmasına bəraət qazandırmağın qeyri-mümkün olduğunu və buna qarşı bütün zəruri tədbirlərin görüləcəyini vurğulayır.O, həmçinin İranda baş verən insan itkiləri ilə bağlı başsağlığı verərək, yeni rəhbərliyin bölgədə sabitliyə töhfə verəcəyinə ümidvar olduğunu bildirir. Öz növbəsində Məsud Pezeşkian iddia edilən raketlərin İran mənşəli olmadığını qeyd edərək ittihamları təkzib edir.