Fransa Prezidenti Emmanuel Makron ölkəsinin "Şarl de Qoll" aviadaşıyıcısının rəhbərliyi altında olan zərbə qrupunu Aralıq dənizinin şərqinə göndərdiyini açıqlayıb.

Postxronika.az xəbər verir ki, dövlət başçısı bu addımın bölgədəki Fransa vətəndaşlarının mühafizəsi, müttəfiqlərə dəstək və gəmiçilik təhlükəsizliyini təmin etmək məqsədilə atıldığını bildirib.


Regionda aviadaşıyıcı ilə yanaşı, 20-yə yaxın "Rafale" qırıcısı, radar aşkarlama təyyarələri, bir neçə freqat və desant gəmiləri yerləşdiriləcək. Makron vurğulayıb ki, fransız hərbi birləşmələri yalnız müdafiə xarakterli missiya yerinə yetirir və mövcud münaqişə tərəflərinin heç birinə qarşı döyüş əməliyyatlarında iştirak etmir. Avropalı müttəfiqlərin qüvvələri də bu strateji əməliyyatda iştirak edərək dəniz yollarının qorunmasına cəlb olunacaqlar.