Naxçıvan Muxtar Respublikasında qanunsuz olaraq pirotexniki vasitələrin satışını təşkil edən şəxslər ifşa edilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində gizli şəkildə bu fəaliyyətlə məşğul olan A.İbrahimov və H.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Postxronika.az xəbər verir ki, Babək Rayon Polis İdarəsi və Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı həmin şəxslərin idarə etdikləri avtomobillərə, eləcə də yaşayış ünvanlarına baxış keçirilib. Nəticədə oradan müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb.

Hazırda saxlanılan şəxslər barəsində müvafiq qaydada inzibati protokol tərtib edilib və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.