Dünyanın nəzəri Yaxın Şərqdə gərginləşən siyasi və hərbi proseslərə yönəldiyi bir vaxtda Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində atılan diplomatik addımlarda müvəqqəti fasilə yaranıb. ABŞ-nin vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan mühüm üçtərəfli görüşün təxirə salınması, regiondakı yeni prioritetlərin və Vaşinqtonun xarici siyasət kursundakı cari dəyişikliklərin göstəricisi kimi qiymətləndirilir. Lakin bu texniki fasilə sülh prosesinin dayandırılması deyil, tərəflərin mövqelərinin daha əhatəli şəkildə uzlaşdırılması üçün bir zaman kəsiyi hesab olunur.

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu Postxronika.az-a açıqlamasında bildirib ki, Bəli, bildiyimiz kimi Amerika Birləşmiş Ştatları bir müddət öncə də Rusiya ilə Ukrayna arasında görüş təşkil etmişdi. 

Yəni bu görüş deməli müharibə başlayandan sonra ilk dəfə olaraq Avropada baş tutdu. Və Amerika Birləşmiş Ştatları tərəflər arasında dialoqun aktual saxlanılması üçün ciddi səylər göstərməkdədir. Xatırlayırıq ki, Donald Trampın xüsusi nümayəndəsi Uolkker dəfələrlə deməli tərəflərlə müzakirələr aparmışdı. Yəni Rusiya tərəfi ilə, Ukrayna tərəfi ilə müzakirələr aparmışlar, tərəflərin mövqelərinin uzlaşdırılması istiqamətində ciddi cəhdlər etmişdilər. Və nəhayət mart ayının 11-də növbəti görüş keçirilməli idi, lakin Amerika Birləşmiş Ştatlarının istəyi ilə bu görüş təxirə salındı.

Hesab edirəm ki, bu görüşün təxirə salınması bütövlükdə Rusiya ilə Ukrayna arasında dialoqun, daha doğrusu danışıqların dayandırılması kimi qəbul edilməməlidir. Ona görə ki, elə Amerika Birləşmiş Ştatlarının da özünün izah etdiyi kimi, onun əsas diqqəti deməli İranla baş verən siyasi qarşıdurmaya, silahlı qarşıdurmaya yönəlibdir. Bu baxımdan indiki şəraitdə prosesləri tam nəzarətdə saxlamaq Amerika Birləşmiş Ştatları üçün çox da rahat deyil. Yaxın Şərqdə vəziyyət getdikcə daha kritik hal almaqdadır. Bu da sözsüz ki, Amerika Birləşmiş Ştatlarının diqqətini Yaxın Şərqdə baş verənlərdən nisbətən yayındıraraq Rusiya-Ukrayna danışıqlarına yönəltməsini çətinləşdirir.

Bu baxımdan hesab edirəm ki, növbəti mərhələdə bu danışıqlar baş tutacaqdır. Çünki buna qədər tərəflər kifayət qədər müzakirələr aparıblar və bu müzakirələrin nəticəsiz qalması hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarının maraqlarına cavab vermir. Onu da yaxşı bilirik ki, ABŞ bu gün Rusiya ilə də sıx təmaslar qurmaqdadır. Hətta deməli Rusiyanın deputatlar qrupunun Vaşinqtona səfəri də planlaşdırılır. Və eyni zamanda əhəmiyyətli məqamlardan biri də ondan ibarətdir ki, Donald Tramp növbəti dəfə Rusiya prezidenti ilə telefon danışığı keçiribdir. Təxminən bir saat davam edən telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyətlə bərabər, eyni zamanda Rusiya ilə Ukrayna arasında münaqişə vəziyyəti, müharibə vəziyyəti müzakirə olunubdur. Deməli sülhün əldə olunması imkanları ətrafında müzakirələr aparılıbdır.

Bu baxımdan düşünürəm ki, Amerika Birləşmiş Ştatları üçün Rusiya-Ukrayna danışıqları aktuallığını itirməyib və hesab edirəm ki, itirəcəyini düşünmək olmaz. Düşünürəm ki, Amerika Birləşmiş Ştatları Yaxın Şərqdəki vəziyyətlə bağlı müəyyən bir deməli Yaxın Şərqdəki vəziyyətlə bağlı bir müəyyənliyə malik olduqdan sonra yenidən Rusiya-Ukrayna müharibəsinə, tərəflər arasındakı danışıqlara diqqət yetirəcəkdir. Bütövlükdə bu deməli danışıqlar prosesinə hər hansı bir təsir göstərmir, sadəcə olaraq zaman keçir. Bildiyimiz kimi tərəflər arasında deməli qızğın döyüşlər davam edir, hər iki tərəfdən böyük itkilər olur. Yəni təbii ki, tərəflər öz aralarında nə qədər tez razılığa gələrlərsə, müharibənin dağıdıcılığı bir o qədər azalmış olar. Yəni əsas buna təsir göstərəcəkdir. Yekun olaraq qeyd etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında danışıqların bundan sonra davam etdirilməsi imkanları qalmaqdadır.


Nurgül Yusifova