Ermənistan seçkilər öncəsi xaricdəki vətəndaşlarına təzyiq göstərildiyini bəyan olunur.
Postxronika.az Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, xarici ölkələrdən birində erməni mənşəli şəxslərə və sahibkarlara qarşı təzyiq faktları qeydə alınıb. Qurumun bəyanatına görə, özlərini yerli xüsusi xidmət orqanlarının əməkdaşları kimi təqdim edən şəxslər iş adamlarını Ermənistanda keçiriləcək parlament seçkilərində müəyyən siyasi qüvvələri dəstəkləməyə məcbur edirlər.
Sözügedən şəxslərin əsas məqsədi sahibkarları konkret siyasi partiyalara maliyyə və təşkilati yardım göstərməyə sövq etməkdir. Kəşfiyyat orqanı bu cür müdaxilələrin seçki prosesinə təsir göstərmək məqsədi daşıdığını bildirilir. Bununla da rəsmi İrəvan seçkiqabağı dövrdə vətəndaşlarına qarşı kənar siyasi təzyiqlərin artdığını diqqətə çatdırır.