Azərbaycan Milli Məclisinin bir qrup deputatı Qazaxıstanda keçiriləcək ümumxalq referendumunu müşahidə etmək üçün səfər edəcəklər.
Postxronika.az "Report"a istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, eləcə də deputatlar Aydın Mirzəzadə, Anar Məmmədov, Elman Nəsirov, Azər Badamov və Müşfiq Məmmədli daxildir.
Millət vəkilləri Qazaxıstanın Astana şəhərində səsvermə prosesinin gedişatını izləyəcək, məntəqələrdə vətəndaşların fəallığına və qanunvericiliyə riayət olunmasına diqqət yetirəcəklər.