Suriya Ərəb Respublikasının Baş naziri Əhməd əl-Saraa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Postxronika.az xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət əsnasında hər iki ölkə arasında əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub və müvafiq sahələrdə təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə edilib.