Çempionlar liqasının 1/8 mərhələsinin ilk oyununda "Qalatasaray" doğma meydanda "Liverpul"u qonaq etdi.
"Aslanlar" 7-ci dəqiqədə Viktor Osimhenin ötürməsini qola çevirən Mario Lemina ilə önə keçdilər. Oyunun 62-ci dəqiqəsində "Cim-bom" hücumçusu Osimhen ilə hesab arasındakı fərqi artırsa da oyunun yan hakimi nigeriyalının oyundan kənar vəziyyətdə olduğunu bildirdi.
Bu dəfə də 70-ci dəqiqədə fərqlənən komanda qonaqlar oldu. İbrahim Konate ilə hesabı bərabərləşdirən İngiltərə təmsilçisinin qolu fransız müdafiəçinin əllə oynamasına görə ləğv edildi. Oyunun 90 dəqiqəsi 1-0 olaraq bitdi.
Cavab oyunu 19 mart Bakı vaxtı ilə saat 00:00-da "Liverpul"un meydanında olacaq.
Qeyd edək ki, sezonun əvvəlində Çempionlar Liqasının liqa mərhələsində "Rams park"da qarşılaşan komandalar arasındakı görüş də eyni hesab ilə nəticələnmişdi.
Hüseyn Rəşadoğlu