ABŞ və İsrailin İrana qarşı zərbələri fonunda Rusiya Prezidenti Vladimir Putin özünü sülhməramlı kimi təqdim edərək prosesdən diplomatik, eləcə də iqtisadi dividendlər qazanmaq niyyətindədir. Mütəxəssis Stiv Rozenberqin təhlilinə görə, Moskva bu böhran sayəsində həm Yaxın Şərqdəki mövqeyini möhkəmləndirməyi, həm də rəsmi Vaşinqtonla əlaqələri daha da dərinləşdirməyi hədəfləyir.
Postxronika.az xəbər verir ki, Yaxın Şərqdəki gərginlik qlobal neft bazarında qiymətlərin kəskin artmasına səbəb olaraq Kremlin federal büdcəsinə ciddi miqdarda əlavə vəsait cəlb edir. Tələbatı ödəmək məqsədilə Donald Tramp administrasiyasının bəzi ölkələrə qarşı enerji sanksiyalarını yumşaltma ehtimalı şimal qonşumuz üçün yeni maliyyə perspektivləri vəd edir. Nəticə etibarilə, bahalaşan qara qızıl və ehtimal olunan sanksiya güzəştləri Rusiyaya Ukraynadakı hərbi əməliyyatlarını daha rahat maliyyələşdirmək imkanı verə bilər.